Bu tur üçün qiymətlər 119 min dollardan başlayır

Beş ulduzlu otel şəbəkəsi “Four Seasons”, mehmanxana standartlarını göyə qaldıracaq.
Xəbərlər 27 Aprel 2015 00:00 1038
Bu tur üçün qiymətlər 119 min dollardan başlayır

Seyyah.az-ın "Marja"-ya istinadən məlumatına görə, “Four Seasons”, ən yüksək rahatlıqla dünyanı kəşf etmək istəyən varlı müştərilər üçün xüsusi lüks təyyarəsini xidmətə təqdim edir.

Təyyarə avqust ayında ABŞ-dan dünya turuna başlayacaq və Yaponiya, Çin, Maldiv Adaları, Tanzaniya, Türkiyə, Rusiya və Mərakeşdə dayanacaq. Tur  son olaraq Nyu-Yorkada başa çatacaqdır.

16 Avqustda başlayıb 8 Sentyabrda sona çatacaq lüks tur üçün adambaşı qiymətlər isə 119 min dollardan başlayır və əlavə xidmətlərə görə 130 min dollara qədər çıxır. Turu dinamik şəhərlər, ekzotik adalar, memarlıq möcüzələri və təbiət əhatə edir.

Normalda 233 nəfəri daşıya bilən təyyarədə yalnız 52 qonaq olacaq.

Təyyarənin hər sərnişinə iPad və Bulgari Amenity kitlər hədiyyə veriləcək. Təyyarədə sərnişinlər Monqol kəşmirindən adyallarda yatacaq və acdıqda bahalı şampanlar içə, kürü belə yeyə biləcəklər.

OXŞAR XƏBƏRLƏR