AZAL Bakı-Aktau aviareysinə endirim edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Aktau-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyası keçirir.
Xəbərlər 28 Aprel 2015 00:00 838
AZAL Bakı-Aktau aviareysinə endirim edib

Seyyah.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, bu aviareys üzrə ikitərəfli bileti 213 avroya və ya 263 ABŞ dollarına əldə etmək mümkündür. Aksiya üzrə uçuş və satış tarixləri mayın 24-nə qədərdir. Aviabiletin dəyişdirilməsinə və ya qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Yerlər məhdud ola bilər. Maksimal qalma müddəti bir aydır. Biletin qiymətinə yığımlar və rüsumlar daxildir.

OXŞAR XƏBƏRLƏR