Əməkdar artist Bakı-İstanbul reysində konsert verəcək: "ANALOQU OLMAYACAQ..."

Bu konsert çox fərqli olacaq.
Xəbərlər 29 Aprel 2015 00:00 808
 Əməkdar artist Bakı-İstanbul reysində konsert verəcək: "ANALOQU OLMAYACAQ..."

Əməkdar artist Elza Seyidcahan təyyarədə verəcəyi konsertinin hazırlıqlarına başlayıb. Seyyah.az-ın məlumatına görə, bu barədə əməkdar artist Lent.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq konsertin adı da bəllidir: “İki ildir ki, bu ideyamı layihələşdirmişəm. Bilirsiniz ki, böyük bir layihəni həyata keçirmək üçün güclü sponsorlar lazım gəlir. Bu konsert çox fərqli olacaq. Demək olar ki, bu gecənin analoqu olmayacaq. Təyyarədə verəcəyim konsertdə gözəl bəstələrimdən savayı, yeni mahnılarımı da oxuyacam. Düşünürəm ki, çox maraqlı olacaq. Həmin gecədə geyindiyim libas, saç düzümü hər biri fərqli görüləcək. Konsert isə Bakı-İstanbul reysində baş tutacaq, Azərbaycandan qardaş ölkəmizə gedən insanları feyzyab edəcəyəm".

OXŞAR XƏBƏRLƏR