Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı

"Rossiya" aviaşirkəti Sankt-Peterburq - Bakı birbaşa reysini dayandırıb.
Xəbərlər 29 Aprel 2015 00:00 913
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı

Seyyah.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, şirkət Sankt-Peterburqdan bir sıra digər MDB ölkələrinə də reysləri ixtisar edib.
"Aeroflot"un törəmə şirkəti olan "Rossiya"nın yaydığı məlumatda deyilir ki, son bir ayda 10-a yaxın istiqamətdə reyslər dayandırılıb: "Xüsusilə də Bakı, Minsk, Yerevan, Düşənbə, Xocənd, Nəvai, Buxara və Fərqanəyə uçuşlar dayandırılıb. Hələ ötən il "Rossiya" Bişkəkə reyslərdən imtina etmişdi. Bundan başqa, Kişinyova uçuşlara başlamaq haqqında plan da ləğv olunub".
Reyslərin ləğvinə əsas səbəb kimi, iqtisadi böhrandan sonra əmək miqrantlarının axınının azalması göstərilir. Bundan başqa, Kişinyova uçuş planında qeyd olunan bir neçə "AN-148" təyyarəsi də qeyri-müəyyən səbəblərdən şirkətin parkından çıxarılıb ki, nəticədə təyyarə çatışmazlığı yaranıb.

OXŞAR XƏBƏRLƏR