Dünyanın ən qorxulu, ən uzun şüşə yolu - FOTOLAR

Çindəki Çunsin vilayətində dünyanın ən uzun və ən qorxulu şüşə yolunun inşası başa çatıb.
Xəbərlər 30 Aprel 2015 00:00 1481
Dünyanın ən qorxulu, ən uzun şüşə yolu - FOTOLAR
Uçurum kənarında, 716.28 m yüksəklikdəki bu yol at nalı formasındadır.
Qayanın zirvəsindəki "Yuanduan" otelinin kənarındakı bu nalvari yolun Çin dilində tərcüməsi "buludların arasında"dır.
Nal formasındakı yol eyni vaxtda 200 nəfərin ağırlığına hesablanıb. "Yuanduan" Çinin cənub-qərbindəki Lunqan Milli Geologiya Parkının ərazisindədir. Körpüdə duraraq aşağı baxmaq istəyən turist 60 yuan və ya 9,6 dollar ödəməlidir.
İnşasına 2014-cü ilin martında başlanmış yolun tikintisi 5,6 milyon dollara başa gəlib.
Mənbə: Milli.az
OXŞAR XƏBƏRLƏR