Avstriyaya uçuşlar ucuzlaşdı

"Austrian Airlines" (“Avstriya Hava Yolları”) aviaşirkəti Bakıdan həyata keçirdiyi bir sıra tranzit uçuşlarına endirim aksiyası keçirir.
Xəbərlər 1 May 2015 00:00 713
Avstriyaya uçuşlar ucuzlaşdı

Bu barədə Seyyah.az “Report”a istinadən xəbər verir. Avropanın 7 şəhərinə ikitərəfli reyslər təşkil edən aviaşirkətin uçuşları Vyana üzərindən həyata keçirilir. Biletlərin satışı və uçuşlar 2016-cı il martın 31-nə qədər davam edəcək. Qiymətlər aşağıdakı kimidir:
Bakı-Milan-Bakı: 378 manat
Bakı-Praqa-Bakı: 392 manat
Bakı-Amsterdam-Bakı: 407 manat
Bakı-Cenevrə-Bakı: 415 manat
Bakı-Barselona-Bakı: 383 manat
Bakı-Berlin-Bakı: 392 manat
Bakı-Dusseldorf-Bakı: 484 manat
Qiymətlərə bütün yığımlar və rüsumlar daxildir. Aviabiletlərin qaytarılmasına icazə verilmir.

OXŞAR XƏBƏRLƏR