Son 10 ildə Azərbaycan vətəndaşları daha 22 ölkəyə - VİZASIZ GETMƏYƏ BAŞLAYIB

Son 10 ildə Azərbaycan vətəndaşları daha 22 ölkəyə - VİZASIZ GETMƏYƏ BAŞLAYIB
Xəbərlər 3 Iyul 2019 14:40 538
Son 10 ildə Azərbaycan vətəndaşları daha 22 ölkəyə - VİZASIZ GETMƏYƏ BAŞLAYIB

10 il ərzində Azərbaycan vətəndaşları daha 22 ölkəyə vizasız getmək hüququ qazanıb. 
Seyyah.az biznes xəbərləri portalı "Trend"ə istinadən xəbər verir ki, bu barədə “Henley & Partners” şirkətinin yeni Pasportlar indeksində deyilir. 
Azərbaycan həmin reytinqdə 78-ci yerdə qərarlaşıb ki, ölkə vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilər. 2009-cu ildə bu rəqəm 44 ölkə idi. 

Reytinqdə birinci yeri Yaponiya və Sinqapur bölüşür. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilər. İkinci yerdə 187 ölkə ilə Cənubi Koreya, Almaniya və Finlandiya, üçüncü yerdə 186 ölkə ilə Danimarka, İtaliya və Lüksemburq qərarlaşıb.
 

OXŞAR XƏBƏRLƏR