AZAL-dan yenilik

Bu ilin sonuna qədər "Azərbaycan Hava Yolları " QSC-nin (AZAL) daha 4 təyyarəsinin göyərtəsində rabitə və məlumat ötürülməsi xidmətlərindən istifadə etmək mümkün olacaq.
Xəbərlər 2 May 2015 00:00 848
AZAL-dan yenilik

Seyyah.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə "Azerfon" şirkətinin (“Nar” ticarət markası) satış üzrə direktoru Samir Məmmədov deyib. Onun sözlərinə görə, rabitə xidməti AZAL-ın uzaq məsafələrə uçuşlar həyata keçirən sərnişin təyyarələrində işə salınacaq. Hazırda AZAL-ın 9 təyyarəsində, xüsusi ilə "Airbus" avialaynerlərində rabitə xidmətindən istifadə etmək olar.
"Azerfon" 2013-cü ilin fevralından AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərini göstərməyə başlayıb. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manatdır. SMS göndərişi 0,50 manat təşkil edir. Daxil olan SMS pulsuzdur. MMS-in göndəriş qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manatdır.

OXŞAR XƏBƏRLƏR