Kiprdə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə işgüzar toplantısı keçirilib

Xəbərlər 2 May 2015 00:00 1736
Kiprdə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə işgüzar toplantısı keçirilib

Aprelin 28-30-də Şimalı Kipr Türk Respublikası Girne şəhəri “Merit Park” otelində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) turizm üzrə işgüzar (work shop) toplantısı keçirilib. Seyyah.az-ın məlumatına görə, tədbirdə Azərbaycan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Türkiyə, Şimalı Kipr Türk Respublikaları nümayəndələri və turizm üzrə digər qurumlar iştirak edib.

 

Tədbirdə ECO-üzv ölkələrində investisiya, turizm potensialı, planlaşdırma, reklam və marketinq strategiyası və s məsələlər müzakirə olunub. Daha sonra yerli turizm mütəxəssis və elm adamlarının gələcək turizm meylləri (trendləri) , turizmdə dayanıqlı inkişaf, alternativ turizm fəaliyyətləri mövzusunda təqdimatlar olub.

 

Azərbaycan nümayəndə heyətini tədbirdə Azərbaycan Turizm Assosiasiyası, “SKAL BAKU” turizm təşkilatı, “Millennium” turizm şirkəti və “Gafqaz Hotel” numayəndələri təmsil ediblər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov və Skal BAKU turizm təşkilatının sədr müavini Ceyhun Aşurov tədbirdə Azərbaycanın turizm potensialı və inkişaf perspektivləri haqqında iştirakçılara geniş və  ətraflı məlumat veriblər.

 

Tədbir müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi ilə davam etdirilib. 

OXŞAR XƏBƏRLƏR