Yeni Sankt-Peterburq - Bakı aviareysi açılır - QİYMƏT

Yeni Sankt-Peterburq - Bakı aviareysi açılır - QİYMƏT
Xəbərlər 11 Iyul 2019 13:23 616
Yeni Sankt-Peterburq - Bakı aviareysi açılır - QİYMƏT

2019-cu il iyukun 25-dən Rusiyanın “Nordavia – regional hava yolları” SC aviaşirkəti Sankt-Peterburq-Bakı birbaşa reyslərə başlayır.

Seyyah.az xəbər verir ki, “Bakıya uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri ekonim sinif salonu olan konfortlu Boeing 737-700 hava gəmiləri ilə həyata keçiriləcək. Uçuş zamanı sərnişinlərə isti yeməklər, sərinləşdirici içkilər, çay və kofe təklif olunacaq. Biletlərin qiyməti 8 830 rubldan (təxminən 135 dollar) başlayır (bir tərəfə)”, - aviaşirkətin məlumatında qeyd olunur.

“Nordavia – regional hava yolları” SC aviaşirkəti ("NORDAVIA – regional airlines") 5N kodu altında 30-dan artıq Rusiyanın və xarici aeroportlara müntəzəm və çarter daşımalar həyata keçirir. Nordavia RF-nin Şimal-Qərbində sərnişin daşımaları bazarında aparıcı mövqe tutur. 

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR