Azərbaycanla Küveytə yeni - AVİAREYS AÇILIR

Azərbaycanla Küveytə yeni - AVİAREYS AÇILIR
Xəbərlər 12 Iyul 2019 19:09 437
Azərbaycanla Küveytə yeni - AVİAREYS AÇILIR

“Kuwait Airways” şirkəti avqustun 1-dən Əl-Küveyt – Bakı – Əl-Küveyt marşrutu üzrə reyslərin yerinə yetirilməsinə başlayacaq.Seyyah.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, uçuşlar həftədə 2 dəfə - cümə axşamı və bazar günləri, “Airbus A320-100/200” markalı sərnişin təyyarələri ilə həyata keçiriləcək.

Əl-Küveytdən təyyarə yerli vaxtla saat 10:10-da qalxacaq və Bakı vaxtı ilə saat 13:40-da Heydər Əliyev  Beynəlxalq Aeroportuna enəcək. Geriyə uçuş isə Bakı vaxtı ilə saat 14:40-da başlayacaq və Əl-Küveyt vaxtı ilə saat 16:20-də yekunlaşacaq.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR