Əbülfəs Qarayev: "Qiymətlərə nəzarət ediləcək"

Xəbərlər 2 May 2015 00:00 1038
Əbülfəs Qarayev: "Qiymətlərə nəzarət ediləcək"

“1-ci Avropa oyunları ərəfəsində turizm şirkətləri regionlara səfərlər təşkil edəcək və qiymətlərə nəzarət ediləcək”. Seyyah.az--ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.

Nazir deyib ki, burada qiymət mexanizmi sərbəstdir: “Lakin biz nəzərə alırıq ki, Azərbaycana gələn qonaqların sayına uyğun olaraq, rəqabətin düzgün aparılmasına müəyyən nəzarət var. Azərbaycan Turizm Assosiasiyası ilə də belə razılığımız var ki, hər hansı süni qiymət artımı olmasın. Yəni xidmətlər öz qaydası ilə gedəcək. Müəyyən qiymət artımı olsa da buna təəccüblənmək lazım deyil. Dünya təcrübəsi onu göstərir ki, böyük tədbirlər zamanı tələbat çox olarsa, müəyyən qiymət artımı da ola bilər. Ancaq biz çalışacağıq ki, qonaqlar üçün daha yaxşı və rahat şərait yaradaq. Ən əsası da qiymətlərin artırılmamasını nəzarətdə saxlayacağıq”.

OXŞAR XƏBƏRLƏR