İstanbulda turist rekordu

İstanbulda turist rekordu
Xəbərlər 17 Iyul 2019 13:10 528
İstanbulda turist rekordu

İstanbulu ziyarət edən xarici turistlərin sayı ilk 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq ilk dəfə 5 milyon səviyyəsini keçib. 

Seyyah.az xəbər verir ki, İstanbul Mədəniyyət və Turizm İdarəsinin məlumatlarına görə, hava yolu ilə İstanbula 5 milyon 400 min 283 nəfər, dəniz yolu ilə 15 min 623 nəfər gəlib. Beləliklə, 5 ayda İstanbula gələn turistlərin sayı 5 milyon 416 minə çatıb. Bu yeni rekorddur. Hava yolu ilə gələn turistlərin sayı 11 faiz, dəniz yolu ilə gələnlərin sayı isə 5.7% artıb.

Mənbə: Fins

OXŞAR XƏBƏRLƏR