​Azərbaycana məxsus VİP təyyarə İtaliyada rənglənəcək - FOTOLAR

Bu gündən Azərbaycan hökuməti üçün alınan "Airbus A340-642" (4K-Aİ08) təyyarəsi boyanma üçün Romanın "Fiumicino - Leonardo Da Vinci" hava limanına göndərilib.
Xəbərlər 4 May 2015 00:00 865
​Azərbaycana məxsus VİP təyyarə İtaliyada rənglənəcək - FOTOLAR

Seyyah.az-ın "Report"-a istinadən məlumatına görə, hazırda təyyarə anqardadır.

Qeyd edək ki, bu təyyarə "Saad Air" şirkətinə məxsus VİP təyyarə olub. Daha sonra təyyarə Azərbaycan hökuməti üçün alınıb. Təyyarənin hazırlanması üçün İrlandiyaya göndərilib və hazırda İtaliyada boyanma mərhələsindədir. Yaxın zamanlarda Azərbaycana gətiriləcək.

OXŞAR XƏBƏRLƏR