Antalyada nə qədər azərbaycanlı yaşayır?

Antalyada nə qədər azərbaycanlı yaşayır?
Xəbərlər 19 Iyul 2019 17:16 523
Antalyada nə qədər azərbaycanlı yaşayır?

2018-ci ilin yekunlarına əsasən, Türkiyənin Antalya şəhərində 4 min azərbaycanlı yaşayıb.

Seyyah.az-ın məlumatına görə, eyni zamanda bu bölgədə 5,7 min Qazaxıstan, 5,6 min Qırğızıstan, 2,1 min Türkmənistan və 2,1 min Özbəkistan vətəndaşı yaşayır.

Türkiyə Statistika İnstitutunun hesabatında qeyd olunur ki, Antalyada yaşayan əcnəbilərin sayı ümumilikdə 75 mindən çoxdur. Bu siyahıda isə Rusiya liderlik edir.

Ümumilikdə, 2018-ci ildə Antalyanın əhalisi 2,426 milyon nəfər təşkil edib.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR