Seyyah.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel nəinki Azərbaycan, eləcə də keçmiş SSRİ-də məşhur olan Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Qeyd edildi ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.