Gürcüstana gedənlərin sayı - 13% ARTIB

Gürcüstana gedənlərin sayı - 13% ARTIB
Xəbərlər 5 Avqust 2019 16:07 74
Gürcüstana gedənlərin sayı - 13% ARTIB

Ötən ay Gürcüstana 1 099 474 əcnəbi ziyarətçi səfər edib.

Seyyah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən xarici vətəndaşların sayı 5,8% artıb. İyul ayında Gürcüstana turist səfəri edənlərin sayı 570 482 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 505 nəfər və ya 1% çoxdur. Hesabat ayında qonşu ölkə ən çox ziyarətçini Azərbaycan, Rusiya, Türkiyə və Ermənistandan qəbul edib.

Azərbaycandan Gürcüstana səfər edənlərin sayında 13,1% artım qeydə alınıb. Rusiyadan qonşu ölkəyə yollanan ziyarətçilərin sayı isə 6,4% azalıb. Türkiyə və Ermənistandan Gürcüstana gedənlərin sayı isə müvafiq olalaq, 9,6% və 3,2% artıb.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR