Şəkidə yeni açılan “Küngüt Hotel & Resort”oteli- Qiymətlər, Foto, Video

Xəbərlər 5 May 2015 00:00 12322
Şəkidə yeni açılan “Küngüt Hotel & Resort”oteli- Qiymətlər, Foto, Video

Şəkinin Baş Küngüt kəndində “Küngüt Hotel & Resort” oteli istifadəyə verilib. “Küngüt Hotel & Resort” Şəkinin şimal-şərqində, şəhərdən 20 km aralı, Şəki-Oğuz-Bakı əsas magistral yolundan 6 km şimal istiqamətdə, Baş Küngüt kəndində yerləşir. Bu coğrafi məkan Böyük Qafqaz sıra dağlarının ətəyində, dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşir.

Otelin satış və marketinq xidmətindən Seyyah.az-a verilən məlumata görə, burada 2 nəfərlik 5 standart, 5 lüks otaq var. Ümumilikdə qonaqların yerləşdirilməsi üçün 31 çarpayı var. Əlavə çarpayılarla oteldə 40 nəfərin yerləşdirilməsi mümkündür. Oteldə müştərilərin istifadəsi üçün 80 nəfərlik restoran fəaliyyət göstərir. Restoranda yerli, təbii məhsullardan hazırlanan Azərbaycan mətbəxi, xüsusilə də Şəki yeməkləri təklif edilir.

Oteldə qiymətlər belədir: 2 nəfərlik otaqda iki nəfərin gecələməsi 50 manat, 2 nəfərlik otaqda bir adamın gecələməsi isə 40 manatdır. 2 nəfərlik lüks otağın qiyməti 75, 3 nəfərlik otaq isə 90 manatdır. Qiymətə səhər yeməyi və oteldəki əylencələrdən, bilyard, stolüstü tennis və s-dən istifadə daxildir.

“Küngüt Hotel & Resort” oteli hər tərəfdən meşələr və sıldırım qayalarla əhatə olunub. Qonaqların istirahətini daha da əyləncəli etmək uçün oteldə bilyard, stolüstü tennis zalı da var. Otel müştərilərinə müxtəlif turlar, yaxınlıqdakı qədim “Əli” qalasına ekskursiya və atla gəzinti də təklif edir.

Burada olmaq və ecazkar aləmi yaşamağa dəyər.

 Əlaqə məlumat və oteldə qonaq olmaq istəyənlər üçün əlaqə nömrəsi:

+994 51 844 44 13

admin@kungut.az

fb.com/kungut.resort

 

OXŞAR XƏBƏRLƏR