Gürcüstana keçid məntəqəsində - TEXNİKİ NASAZLIQ YARANIB

Gürcüstana keçid məntəqəsində - TEXNİKİ NASAZLIQ YARANIB
Xəbərlər 14 Avqust 2019 16:57 662
Gürcüstana keçid məntəqəsində - TEXNİKİ NASAZLIQ YARANIB

“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində texniki nasazlıq yaranıb.

Seyyah.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, avqustun 14-də saat 17:00-da “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində “İdarələrarası Avtomatlaş­dırıl­mış Məlumat-Axtarış Sistemi”ndə (İAMAS) baş vermiş texniki nasazlıq səbəbindən şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışında gecikmələr yaranıb.

Hazırda sistemdəki texniki nasazlığın aradan qaldırılması məqsədilə İAMAS-ın operatoru olan “İdrak” şirkətinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR