Türkiyə otellərindən - «HƏR ŞEY DAXİL» SİSTEMİ AÇIQLAMASI

Türkiyə otellərindən - «HƏR ŞEY DAXİL» SİSTEMİ AÇIQLAMASI
Xəbərlər 16 Avqust 2019 14:57 520
Türkiyə otellərindən - «HƏR ŞEY DAXİL» SİSTEMİ AÇIQLAMASI

Türkiyə otelləri bu ölkənin dənizkənarı istirahət zonalarında tətbiq edilən «all inclusive», yəni «hər şey daxil» sistemindən imtina etmək fikrində deyillər.

Seyyah.az xəbər verir ki, Türkiyənin Aralıq dənizi Otelyerləri İttifaqının rəhbəri Erkan Yaqcı bildirib ki, bu sistemə turistlərin böyük tələbat olduğuna görə, otellər ondan imtina etməyəcəklər.

İttifaqın rəhbəri bu bəyanatı türkiyəli ticarətçilərin bu sistemi məhdudlaşdırmaq barədə çağırışlarından sonra edib. Onun sözlərinə görə, heç kim Türkiyə otellərini müştərilərə xidmət üçün hansısa sistemi tətbiq etməyə məcbur edə bilməz. E.Yaqcı bildirib ki, bu sistemin uğurlu olub olmadığını yalnız bazar müəyyən edə bilər: «Bu sistemə tələbat varsa, onu optimal hesab edən otellər də işləyəcək».

Qeyd edək ki, bir qədər əvvəl Turkiyəli ticarətçilər – iri ticarət şəbəkələrinin təmsilçiləri «hər şey daxildir» sisteminin ləğv edilməsini xahiş etmişdilər. Onların fikrincə, bu sistem ticarətə mənfi təsir edir. Belə ki, turistlər otellərdən demək olar ki, çıxmır, ölkəni səyaşhət etmir və nə yerli restoranlarda, nə də mağazalarda pul xərcləmirlər

OXŞAR XƏBƏRLƏR