1) Manarola - İtalyanın Cinque Terre bölgəsinin 2-ci ən kiçik adasıdır. Burada küçələrdə maşınların əvəzinə qayıqlar park edilir.
2) Sark, İngiltərənin ərazisi olan bu adada yalnız velosiped və traktorla gəzmək olar.
3) Mackinas - ABŞ-ın əhəng daşı ilə məşhur bu adasının ərazisinin 80%-i parkdır.
4) Fes el-Bali – Mərakeşdə yerləşən bu ada orta əsrlərə aid küçələri ilə labirintə bənzəyir. Burada kəşf ediləcək mağazalar, restoranlar və məscidlər çoxdur
5) Gietorn – Niderlandın paytaxtı Amsterdamdan 88 km şimal-şərqdə yerləşir. Ada daxilində kanallar var və burada yalnız qayıqla gəzmək olar.
6) Tangier - ABŞ-da yerləşir, dünya üzrə xərçəngə olan tələbatınn 5%-i bu adanın hesabına ödənilir.
7) Fire - ABŞ-ın Nyu-York şəhərinə yaxın yerləşir, uzun baryerlərə sahibdir.
8) Herm – Böyük Britaniya-Fransa arasındakı Manş dənizində yerlədir. Adada “The White House Hotel” fəaliyyət göstərir. Amma bu adama televizor, telefon, hətta saat belə yoxdur.
9) Hidra – Yunanıstana məxsus ada restoranları və klubları ilə məşhurdur. Adadakı 18-ci əsrdən qalma monastrlar, daş dəyirmanları və daşdan tikilmiş evlər tarixi mühit yaradır.
10) Lamu – Keniyanın bu adasında 12-ci əsrdən bəri yaşayış var, tarixi məkan kimi “YUNESKO”nun siyahısına salınıb. Adanın tarixini öyrənmək üçün “Lamu” muzeyini ziyarət etmək kifayətdir.
11) Kay Kaulker – Belizedə yerləşən bu ada sualtı mağaraları, qayalıqları və gözəl dəniz sahilləri ilə məşhurdur.
12) Zermat – bu ada İsveçrənin ən yüksək zirvələrindən biri olan Mattertalın ətəyində yerləşir, Alp dağlarının ən məşhur dağ-xizəkçliyi mərkəzlərindən biridir. 19-cu əsrə qədər əkinçiliklə məşğul olan bölgə əhalisi hazırda dolanışığını turizmdən çıxarır.