Məşhur otel satışa çıxarılıb

Məşhur otel satışa çıxarılıb
Xəbərlər 26 Avqust 2019 14:05 571
Məşhur otel satışa çıxarılıb

Moskvada “Pekin” oteli elektron satışa çıxarılıb. Bununla bağlı açıq auksion keçiriləcək.

Seyyah.az İzvestiya” qəzetinə istinadla bildirir ki, hərraca otelin aksiyaları (100 faiz) çıxarılacaq. Lotun start qiyməti 5,67 milyard rubl dəyərində qiymətləndirilir.

Avqustun 29-u iştirakla bağlı ərizə qəbulunun son müddətidir. Auksion isə sentyabrın 2-də başlayacaq.

Otel memarlıq abidəsi kimi tanınır. Burada qonaqların ixtiyarına 150 nömrə təklif edilir. Mehmanxana kompleksinə üç restoran, damda panorama bar və konfrans zalı daxildir. Onun ərazisində, həmçinin SPA mərkəzi, gözəllik salonu, kafe və mağazalar da yerləşir.

Mənbə: AZƏRTAC

OXŞAR XƏBƏRLƏR