Bu barədə Seyyah.az İranın “PressTV” kanalına istinadən xəbər verir. Məlumata görə, ötən il şəhər “İŞİD”-çilərin əlinə keçdikdən sonra bağlanan “Ninawa International Hotel”-in eksteryeri və interyeri dağıdılıb, hoteldə mövcud bar və ziyafət zalları bağlanılıb. Hotelin adı da ərəb dilindən tərcümədə “varislər” mənasına gələn “Waritheen”-a dəyişdirilib. 11 mərtəbəli hoteldə ümumilikdə 262 nömrə, həmçinin tennis kortu, hovuz, mərmər döşəməli resepşn, Tiqr çayına baxan geniş bağçası var.