Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB

Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB
Xəbərlər 22 Noyabr 2019 15:13 511
Tələbat olmadığından “Buta Airways” uçuşları - DAYANDIRIB

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya uçuşları dayandırıb.

Seyyah.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Ukraynadakı nümayəndəliyindən məlumat verilib. Məlumata görə, qış aylarında Odessa istiqamətinə tələbat olmadığından, uçuşlar yay mövsümünə qədər dayandırılıb.

2020-ci ilin mayından Bakı-Odessa-Bakı reysi üzrə uçuşlar bərpa ediləcək. Bakı-Xarkov-Bakı istiqamətinə isə uçuşlar qış aylarında da davam etdiriləcək.

Qeyd edək ki, mayın 16-dan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya birbaşa uçuşlara başlamışdı. Bu istiqamətə aviareyslər həftənin cümə axşamı və bazar günləri yerinə yetirilirdi. Bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edirdi.

Mənbə: Azərtac

OXŞAR XƏBƏRLƏR