Qəbələyə gələn xarici turistlərin - SAYI AZALIB

Qəbələyə gələn xarici turistlərin - SAYI AZALIB
Xəbərlər 25 Noyabr 2019 13:08 425
Qəbələyə gələn xarici turistlərin - SAYI AZALIB

Azərbaycanın ən poyulyar turizm bölgələrindən olan Qəbələyə gələn xarici turistlərin sayında azalma var. Seyyah.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Qəbələyə 153 min nəfər turist səfər edib. Bu ötən illə müqayisədə 9900 nəfər və ya 6% azdır.

Maraqlıdır ki, Qəbələyə səfər edənlərin əksəriyyəti xarici turistlərdir. Onların sayı yerli vətəndaşlardan 2 dəfə artıqdır. Belə ki, bu il Qəbələyə səfər edən 153 min nəfərdən 49,9 mini yerli vətəndaş, 103,1 mini xarici turistlər olub. Ötən il isə rayona gələn yerli vətəndaşların sayı 42,5 min nəfər, xaricilərin sayı 120,5 min nəfər idi. Başqa sözlə, ötən illə müqayisədə Qəbələyə gələn yerli turistlərin sayı 7,4 min nəfər və ya 17,4% artıb,  xarici turistlərin sayında isə 17,4 min nəfər və ya 14,4% azalıb.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR