"Qatar Airways"- dən endirim

Xəbərlər 6 May 2015 00:00 1401
"Qatar Airways"- dən endirim

Seyyah.az-ın məlumatına görə, bu barədə Aviaşirkətin Bakı nümayəndəliyindən "AzərTAc"-a bildirib. Məlumata görə, bu cümə axşamı Bakıdan Sharja, Dubay, Sinqapur, Tokio, Çenqdu, Çuntzin, Banqkok, Osaka istiqamətinə endirimli qiymətlərlə səyahət etmək mümkün olacaq. Şərtlər və məhdudiyyətlər tətbiq olunur. Bu həftənin biletlərinin satış müddəti mayın 5-dən 7-nə kimidir. Yerlər məhduddur və sözü gedən sinifdəki boş yerlərin sayından asılıdır. Güzəştli qiymətlər "O" ekonom sinif üçün və "I" biznes sinfi üçün, biznes sinfi mövcud olmadığı halda birinci "A" sinfi üçündür.

Qeyd olunub ki, qiymətlərə bütün güzəştlər, vergilər və xərclər daxildir. Xidmət haqları “Qatar Airways” satış ofisləri və səyahət agentliyi vasitəsi ilə alınmış biletlər üçün şamil oluna bilər. Güzəştlər rezervasiya zamanı ödənilən və ancaq gediş dönüşlü biletlərə şamil olunur. Məntəqədə qalma müddəti ən azı 3 gündür, ən çoxu - 4 aydır. Bütün səyahətlər uçuş müddətinin son gününə kimi başa çatmalıdır. Biznes sinifli biletlər uçuş tarixinə ən geci 5 gün qalmış, biletlər isə uçuşa ən azı 3 gün qalmış alınmalıdır. İstisna günləri və həftəsonu xərclər şamil oluna bilər. Biletlər bir xidmət ilə əvəz edilə və başqa adama həvalə edilə bilməz. Braziliya, İran və Koreya çıxışlı uçuşlar istisna olmaqla, uçuşdan əvvəl və uçuşdan sonra biletlər ləğv oluna bilməz. Bu məntəqələrdən çıxışlı biletlər uçuşdan əvvəl və sonra cərimə ödəməklə ləğv oluna bilər. Tranzit məntəqəsində vaxtından artıq qalmaq olmaz. Uşaq və körpələr üçün standart güzəştlər tətbiq olunur.

Əlavə məlumat almaq istəyənlər “Qatar Airways”in Bakı ofisi ilə əlaqə saxlaya bilərlər: (+994 12) 404 89 01/02.

OXŞAR XƏBƏRLƏR