Xarici turistlər Azərbaycanda yeməyə - YARIM MİLYARD PUL XƏRCLƏYİBLƏR

Xarici turistlər Azərbaycanda yeməyə - YARIM MİLYARD PUL XƏRCLƏYİBLƏR
Xəbərlər 26 Noyabr 2019 10:20 438
Xarici turistlər Azərbaycanda yeməyə - YARIM MİLYARD PUL XƏRCLƏYİBLƏR

Xarici turistlər Azərbaycanda yeməyə 515,2 milyon manat xərcləyiblər.

Seyyah.az xəbər verir ki, yeməyə ən çox pul xərcləyən Rusiya vətəndaşları olub – 133,7 milyon manat.

İran vətəndaşları 57,2 milyon manat, Ərəb turistləri isə 78 milyon manatlıq yemək pulu xərcləyiblər.

515,2 milyon manatın 43,3 milyon manatı Səüdiyyə Ərəbistanı, 10,9 milyon manatı Küveyt, 23,7 milyon manat Birləşmiş Ərəb Əmirliklərinin payına düşüb.

Məlumata görə, Azərbaycana gələn turistlər ölkədən 282 milyon manatlıq mal alıblar.

Azərbaycandan ən çox hədiyyəni isə Rusiya və Gürcüstanlı turistlər alıblar  - müvafiq olaraq 93,6 milyon manat və 45 mlyon manat. Ərəb turistləri isə ölkədən ümumiliklə 46 milyon manatlıq hədiyyə alıb aparıblar.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR