Bu il 285 min nəfər Rusiya vətəndaşlığı - ALIB

Bu il 285 min nəfər Rusiya vətəndaşlığı - ALIB
Xəbərlər 26 Noyabr 2019 10:22 475
Bu il 285 min nəfər Rusiya vətəndaşlığı - ALIB

Cari il Rusiya vətəndaşlığı alanların sayı 1,5 dəfə artıb.

Seyyah.az məlumat verir ki, bu barədə "İzvestiya" Rusiyanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-sentyabr aylarında əcnəbilərə 285 min Rusiya pasportu verilib. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz çoxdur.

Qeyd edilir ki, bu dövrdə Ermənistanın 17 min vətəndaşı Rusiya vətəndaşlığını alıb. Ermənistan siyahıda 4-cü yer tutur.

Xəbərdə həmçinin bildirilir ki, 2019-cu ildə Rusiya vətəndaşlığı alanlar arasında ukraynalılar (146 min nəfər) üstünlük təşkil edir. Siyahıda Qazaxıstanın (35 min nəfər), Tacikistanın (30 min), Ermənistanın, Özbəkistanın (14 min nəfər), Moldavanın (11,5 min nəfər) da adları var. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR