Restoranda göz önündə çeşid-çeşid hazırlanan ətləri oturduğunuz yerdə qarşınızda hazırlayıb, yeyə biləcəksiniz. Əsl kabab sevərlərin tək ünvanı "Manqalüstü" olacaq. Özünüzü təbiət qoynunda hiss edib, ecazkar musiqidən zövq alacağınız möhtəşəm bir məkana ailəniz, sevdiklərinizlə təşrif buyura bilərsiniz.
Seyyah.az-ın ATV.az-a istinadən məlumatına görə, restoranın bir neçə gün öncə açılış mərasimi keçirilib. Təşkilatçı Azər İsmayılov məkan barədə qısaca məlumat verib:
"“Manqalüstü” restoranımız Azərbaycanda ən gözəl, ən sərfəli məkanlardandı. Restoranımızın özəlliyi ondadı ki, həm banket zalı var, həm VİP kabinetlərimiz var. Karoke klubumuz da var. Ailəvi istirahət üçün ən yeni və son dərəcə modern bir məkandı. Məkanımızda hər həftənin şənbə və bazar günləri tanınmışların solo konserti təşkil olunacaq.Qiymətlər çox ucuzdu. Menyu göz önündə olacaq, istənilən yemək bizdə var. Halal tərzdə kəsilmiş ətlərdən kabab hazırlanır.Ən maraqlısı da budur ki, müştəri özü əti qarşısında bişirib yeyə biləcək. Devizimiz belədir: Özün bişir, özün ye. Necə deyərlər bizim müştəridən, sifarişçidən gizli heç nəyimiz yoxdu. Hər şey göz önündə hazırlanır. Həm əylənmək, həm də, dadlı təamlardan dadmaq istəyənlərin tək məkanı "Manqalüstü" restoranı olacaq”.
Manqalüstü restoranı Nizami rayonu, Çobanzadə küçəsi 216-da yerləşir. Əlaqə nömrəsi: (051)344 04 04, (012) 375 04 04.