Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr tamamlanıb.
Seyyah.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov məlumat verib.
“Gələn ildən bu məsələnin reallaşdırılmasına başlanılacaq. Yardım mərkəzləri “Vahid pəncərə” prinsipi ilə fəaliyyət göstərəcək və “qaynar xətt”ləri olacaq” - Kənan Qasımov bildirib