“Lufthansa” ziyana işləyir

Almaniyanın “Lufthansa” aviaşirkəti bu ilin 1-ci rübünü 167 milyon avro ziyanla başa vurub.
Xəbərlər 7 May 2015 00:00 723
“Lufthansa” ziyana işləyir

Seyyah.az-ın Fins.az-a istinadən məlumatına görə, bu ilin yanvarından martına qədər şirkətin işçi heyətiinn 6 dəfə tətil etməsi Avropanın ən iri aviadaşıyıcılarındna birinə 42 milyon avroya başa gəlib. Bundan başqa, “Lufthansa” qarşıdakı yay mövsümü üçün bilet satışı da azalıb. Hazırda şirkət xərclərin azaldılması ilə bağlı işlər görür, həmçinin törəmə loukoster şirkəti olan “Germanwings”in təyyarəsinin qəzaya uğramasından sonra imicini yaxşılaşdırmağa çalışır. “Lufthansa” problemli brendi digər törəmə aviadaşıma xidməti olan “Eurowings”lə birləşdirməyi qərara alıb.

OXŞAR XƏBƏRLƏR