Turistlərin yeməyə ən çox - PUL XƏRCLƏDİYİ RAYONLAR

Turistlərin yeməyə ən çox - PUL XƏRCLƏDİYİ RAYONLAR
Xəbərlər 5 Dekabr 2019 15:29 467
Turistlərin yeməyə ən çox - PUL XƏRCLƏDİYİ RAYONLAR

Azərbaycanda hansı rayonlarda turistlərin restoranlara daha çox pul xərclədiyi məlum olub.

Seyyah.az xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin ictimai iaşə obyektlərindən əldə etdiyi ümumi 83 milyon 690 min 200 manat təşkil edib.  

Xərclənən pulların 56 milyon 617 min 700 manatı və ya 67,65%-i Bakı restoranlarının payına düşüb.

Paytaxtdan restoranlarından sonra turistlərin ən çox pul xərclədiyi bölgə Quba-Xaçmaz iqtisadi rayonu olub. Belə ki, burada turistlər restoranlarda 9 milyon 458 min 400 manat xərcləyiblər ki, bu da ümumi xərclənən məbləğin 9- da biri qədər olub.

Bakı və Quba-Xaçmaz iqtisadi rayonundan sonra restoranlardan ən çox gəlir Şəki –Zaqatala iqtisadi rayonun payına düşüb. Bu rayonda ictimai iaşə obyektləri 7 milyon 534 min 700 manat gəlir əldə ediblər.

Ən az qazanan restoranlar Naxçıvan Muxtar Respublikasında olub , 450 min 800 manat.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR