Görəcəyiniz bu fotolar sizi bu əsrarəngiz yerlərə səyahət etməyə ilhamlandıracaq.
10. Avstraliya
Eyniadlı materiki bütövlüklə əhatə edən bu dövlət möhtəşəm təbiət və insanların əməyinin nəticəsi olan tikililəri ilə öyünə bilər. Əlavə olaraq, Avstraliya yaxınlığında dünyada ən nəhəng mərcan rifi olan Böyük Sədd Rifi var.
İsveç krallığı sakinlərinin belə xoşbəxt olması təəccüblü deyil: qütb parıltısı, qarlı meşələr, donmuş dəniz mənzərələri və möhtəşəm qalalar bu skandinaviya ölkəsinə bəzək verir.
Amsterdam – Niderlandın baş şəhəri olmaqla bərabər, gəzərkən heç bir təsvirə və təsnifata uymayan yüz minlərlə zanbağa rast gəlinən əsrarəngiz şəhərdir.
6. Finlandiya
Qış bayramlarını sevənlər qədər heç kəs Finlandiyanın adının niyə dünyanın ən xoşbəxt ölkələri arasında hallandığını anlamaz. Axı bura Santa Klausun vətənidir. Bəs Fin marallarını sevməyən varmı? Səsli-küylü paytaxt Helsinkinin təbiət mənzərələri barədə danışmamaq da mümkün deyil.
Əgər Finlandiya reytinqdəki yerinə görə marallara borcludursa, Kanada bu siyahıda vətəndaşlarının qonaqpərvərliyinə borcludur.
Əlbəttə ki, təbiət də ölkəyə gələn turistləri heyrətləndirməyə davam edir.
Əslində Danimarkanın məyus olmaq üçün səbəbi var. Belə ki, ötən illə müqayisədə ölkə xoşbəxt ölkələr siyahısındakı 1-cilikdən 3-cü pilləyə enib. Amma kədərlənməyə dəyməz. Çünki onlar bir çox millətdən daha xoşbəxtdirlər, misal üçün kanadalılardan.
Finlandiya festivalları, möhtəşəm memarlığı, epik mənzərələri ilə məşhurdur.