Tbilisi meriyası Yeni il şənliklərinə - 700 MİN DOLLAR XƏRCLƏYƏCƏK

Tbilisi meriyası Yeni il şənliklərinə - 700 MİN DOLLAR XƏRCLƏYƏCƏK
Xəbərlər 11 Dekabr 2019 10:04 150
Tbilisi meriyası Yeni il şənliklərinə - 700 MİN DOLLAR XƏRCLƏYƏCƏK

Tbilisi meriyası Yeni ili daha rəngarəng qarşılamaq üçün 1 milyon 996 min lari (təqribən 700 min ABŞ dolları) ayırıb.

Seyyah.az xəbər verir ki, Yeni il tədbirləri bu il dekabrın 25-də paytaxt Tbilisidə əsas meydanda yolkanın işıqlandırılması ilə başlayacaq və 2020-ci il yanvarın 13-dək davam edəcək.

Yeni il şənlikləri əsasən paytaxt Tbilisinin Respublika meydanı və Orbeliani meydanında baş tutacaq.

Bildirilib ki, Yeni il tədbiri üçün paytaxt Respublika meydanında "Yeni il şəhəri" qurulacaq. Burada müxtəlif tədbirlər və şənliklər, eləcə də yarmarkalar təşkil olunacaq.

Paytaxt Tbilisi ilə yanaşı, region sahibkarları, fermer və fərdi təsərrüfat sahibləri şəhərdə yaradılmış yarmarkalarda məhsullarını satacaqlar.

Milli azlıq nümayəndələri də yarmarkalarda milli geyim, bəzək və mətbəx nümunələrini nümayiş etdirəcək, sata biləcəklər.

Azərtac

OXŞAR XƏBƏRLƏR