Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlar - YERİNƏ YETİRİLƏCƏK

Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlar - YERİNƏ YETİRİLƏCƏK
Xəbərlər 12 Dekabr 2019 17:51 461
Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlar - YERİNƏ YETİRİLƏCƏK

Bu ilin dekabrın 16-dan etibarən “Buta Airways” aviaşirkəti “Baku Star Travel” şirkətinin sifarişi ilə Bakı-Məşhəd birbaşa çarter aviareysləri üzrə uçuşlara başlayacaq.

Seyyah.az xəbər verir ki, İranın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, uçuşlar 1 il müddətində hər həftənin I və IV günləri yerinə yetiriləcək.

Bakı-Məşhəd aviareysinə bir istiqamətə biletin qiyməti 170 manat, hər iki istiqamətə isə 323 manat təşkil edir.

“Baku Star Travel” şirkətindən bildirilib ki, 1 ildən sonra sözügedən reysə tələbat artığı halda, uçuşların hər gün təşkil ediləcəyi istisna olunmur.

“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”, - deyə Səfirlikdən bildirilib.

Mənbə: Apa

OXŞAR XƏBƏRLƏR