Azərbaycandan xaricə gedənlərin sayı - 14% ARTIB

Azərbaycandan xaricə gedənlərin sayı - 14% ARTIB
Xəbərlər 20 Dekabr 2019 13:42 509
Azərbaycandan xaricə gedənlərin sayı - 14% ARTIB

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095 min nəfər olub.

Seyyah.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 36,7%-i İrana, 28,7%-i Gürcüstana, 17,6%-i Rusiya Federasiyasına, 11,5%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 64%-ni kişilər, 36%-ni qadınlar təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiya Federasiyasına gedənlərin sayı 6,2%, Türkiyəyə gedənlərin sayı isə 4,5% artıb.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5%-i dəmir yolu və avtomobil, 16,8%-i hava, 0,7%-i isə su nəqliyyatından istifadə edib.

OXŞAR XƏBƏRLƏR