Ötən il Azərbaycanın cənub bölgəsinə 100 minə yaxın - TURİST GƏLİB

Ötən il Azərbaycanın cənub bölgəsinə 100 minə yaxın - TURİST GƏLİB
Xəbərlər 9 Yanvar 2020 21:49 450
Ötən il Azərbaycanın cənub bölgəsinə 100 minə yaxın - TURİST GƏLİB

Ötən il ölkəmizin cənub bölgəsinə 100 minə yaxın turist gəlib. Bunun 50 minə yaxını Lənkəran rayonunun payına düşür.

Seyyah.az "Azərtac"a istinadən xəbər verir ki, ötən il Lənkəran rayonu üzrə mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı 35 min nəfərdən çox olub. Bu, əvvəlki illə müqayisədə 15 faiz çoxdur. Rayona gələn xarici turistlərin sayında da artım qeydə alınıb.

Lənkəranda turizmin mövsümi xarakter daşıması aradan qaldırılıb. Əvvəlki illərdə Lənkərana turistlər əsasən mart-sentyabr aylarında gəlirdisə və əksər mehmanxanalar oktyabr ayından fəaliyyətini dayandırırdısa, 2018-ci ildən başlayaraq bütün mehmanxanalar ilboyu fəaliyyət göstərir.

Son iki ildə dekabr ayının sonu və yanvarın ilk ongünlüyündə Lənkəranda olan əksər böyük mehmanxana tipli müəssisələrdə boş yer olmur.

OXŞAR XƏBƏRLƏR