İstanbul aeroportunda - “SLEEPOD” QURAŞDIRILDI - QİYMƏT

İstanbul aeroportunda - “SLEEPOD” QURAŞDIRILDI - QİYMƏT
Xəbərlər 14 Yanvar 2020 11:51 747
İstanbul aeroportunda - “SLEEPOD” QURAŞDIRILDI - QİYMƏT

Dünyanın ən böyük hava limanlarından biri olan İstanbul aeroportunda sərnişinlər üçün yeni xidmət istifadəyə verilib. Xüsusilə tranzit uçuşlarla İstanbulun yeni aeroportundan keçən sərnişinlər üçün “Sleepod” yataq şəraiti olan kabinlər quraşdırılıb.

Seyyah.az hava limanının məlumatına istinadla xəbər verir ki, bu kabinlərdən bir saatlıq istifadə üçün 9 avro ödəmək lazımdır. Gigiyenik baxımdan təmizlik nəzərə alınaraq kabinlərdən istifadə edəcək hər sərnişinə birdəfəlik yataq dəsti də verilir.

Qeyd edək ki, bu sistem dünyanın bir çox hava limanında tətbiq edilir.

Mənbə: Azərtac

OXŞAR XƏBƏRLƏR