Antalyaya endirimli tur paket satışı başladı – QİYMƏT

Antalyaya endirimli tur paket satışı başladı – QİYMƏT
Xəbərlər 15 Yanvar 2020 12:31 769
Antalyaya endirimli tur paket satışı başladı – QİYMƏT

«Silk Way Travel» turizm şirkəti türk tərəfdaşı“Summer Tour”şirkəti ilə birlikdə Türkiyənin məşhur kurortu Antalyaya super sərfəli turpaketlər təklif edir.

Seyyah.az xəbər verir ki, aksiya çərşivəsində 5 ulduzlu oteldə 8 gün / 7 gecəlik səyahət paketlərini 379 dollardan başlayaraq əldə edə bilərsiniz. Məbləğ iki nəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün hesablanmışdır.

Qiymətə daxildir: hər iki istiqamət üzrə birbaşa uçuş (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, “hər şey daxil” sistemi üzrə 5 ulduzlu oteldə yerləşmə və tibbi sığorta.

Bundan əlavə, “Silk Way Travel” həmçinin Türkiyə kurortları üçün 50% -dək endirimlə erkən rezervasiya ilə digər səyahət paketlərinin satışına da başlayır.

Mənbə: FED

OXŞAR XƏBƏRLƏR