Daha bir Türk şirkəti Bakıya uçuşlara - BAŞLAYIR – QİYMƏT

Daha bir Türk şirkəti Bakıya uçuşlara - BAŞLAYIR – QİYMƏT
Xəbərlər 16 Yanvar 2020 11:03 599
Daha bir Türk şirkəti Bakıya uçuşlara - BAŞLAYIR – QİYMƏT

"Türk Hava Yolları"nın aşağı büdcəli "Anadolujet” aviaşirkəti bu il martın 29-dan Bakıya uçuşlara başlayacaq.

Turizm şirkətindən Seyyah.az -a verilən məlumata görə, martın sonu, aprelin əvvəlinə olan tarixlərə "Anadolujet” İstanbulun Sabiha Gökçen havalimanından Bakıya 244 manata, Bakıdan İstanbula isə 197 manata uçacaq.

Məlumat üçün bildirək ki, "Anadolujet” aviaşirkəti Barselona, Berlin, Brüssel, Frankfurt, Təl-Əviv, Münhen, London kimi şəhərlərə də  uçur. Ümumilikdə qeyd edilən aviaşirkət  16 xarici ölkəyə 28 istiqamətdə uçuşlar həyata keçirir.

OXŞAR XƏBƏRLƏR