"Park Bulvar" 15 May Beynəlxalq Ailə günü münasibəti ilə bu gündən etibarən, "Ailəm ilə Park Bulvarda" müsabiqəsi elan edib. Seyyah.az xəbər verir ki, ailə üzvləriylə çəkdilən şəkili Park Bulvar AVM-nin Facebook səhifəsinə şəxsi məktubla göndərən hər bir kəs müxtəlif hədiyyələr qazana bilər.
Şərtlər aşağıdakı kimidir:
1. Park Bulvar AVM-nin Facebook səhifəsinə şəxsi məktubla göndərdiyiniz şəkillərə ad verin) Ailə üzvlərinizin adını qeyd edib onları təbrik də edə bilərsiniz. (Adınız, soyadınız (profil adınızı) qeyd edin.
2. Müsabiqə üçün göndərilmiş hər bir şəkil Park Bulvar AVM-də çəkilməlidir.
3. Bir istifadəçi yalnız bir şəkil göndərə bilər.
4. Kreativ, maraqlı və keyfiyyətli şəkillərinizi may ayının 14-ü saat 18:00-dək göndərin.
5. Ən çox bəyənilən, ən maraqlı məzmunlu və internet proqramının avtomatik olaraq seçdiyi iştirakçılar qalib elan olunacaqdır.
Qeyd: Şərhlərdə etik qaydalara riayət etməyən iştirakçılar heç bir xəbərdarlıq olmadan müsabiqədən kənarlaşdırılacaq və ban olunacaqlar.
#menimailem #AilemleParkBulvarda #SevimliMekan