Təbrizlə Culfa arasında sərnişin qatarı - İŞƏ DÜŞÜB - BİR AY PULSUZ İŞLƏYƏCƏK

Təbrizlə Culfa arasında sərnişin qatarı - İŞƏ DÜŞÜB - BİR AY PULSUZ İŞLƏYƏCƏK
Xəbərlər 22 Yanvar 2020 12:57 740
Təbrizlə Culfa arasında sərnişin qatarı - İŞƏ DÜŞÜB - BİR AY PULSUZ İŞLƏYƏCƏK

İran hökuməti ölkənin Təbriz və Culfa şəhərləri arasında sərnişin qatarını işə salıb. 

Seyyah.az Reporta istinadən xəbər verir ki, bu barədə İran mətbuatında yazılıb. Məlumata görə, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq. 

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir. 

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. 

Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür. 

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR