"AAAF Park" Yaşayış Kompleksi 10 may – Gül Bayramı münasibətilə yeni müsabiqə elan edib. Kompleksdən seyyah.az-a verlən məlumata görə, mayın 10-da "AAAF Park"a uşaqlar üçün maraqlı ola biləcək qonaqlar təşrif buyuracaq. “Maşa və ayı”, “Mikki və Mini”, “Calliou”, “Pepe”, “Şrek” və “Limon” personajlar bütün gün ərzində uşaqlar və validenyləri salamlayacaq, onlara xoş əyləncələr bəxş edəcək.
Müsabiqə də məhz bu personajlarla bağlıdır. Kim onlardan istənilən biri ilə şəkil çəkdirib, https://www.facebook.com/aaafpark “Feysbuk” səhifəmizdə paylaşsa və kimin şəkli daha çox “bəyəndim” toplasa, “Limulənd Uşaq Əyləncə Mərkəzi”ndən hədiyyə qazanacaq.
Şəkillərinizi 11 may, saat 15:00-a qədər göndərmək məcburidir. Qaliblər 15 may 2015-ci il tarixində https://www.facebook.com/aaafpark facebook səhifəmizdə açıqlanacaq.