Amerikaya «Green Card» almaq çətinləşdi – YENİ QAYDALAR

Amerikaya «Green Card» almaq çətinləşdi – YENİ QAYDALAR
Xəbərlər 28 Yanvar 2020 12:15 820
Amerikaya «Green Card» almaq çətinləşdi – YENİ QAYDALAR

ABŞ Ali Məhkəməsi yanvarın 27-də qəbul etdiyi qərarla ABŞ hökumətinə ölkədə yaşayış icazəsi  - «Green card» almağı çətinləşdirən qaydaları qəbul etməyə icazə verib.

Seyyah.az xəbər verir ki, yeni qaydalar xüsusilə kasıblara – ABŞ-a köçəndən sonra sosial yardım istəməsi ehtimalı olanlara aiddir.

Yeni qaydalara görə, bəzi şəxslər üçün «Green Card» almaq çətinləşəcək. Söhbət ABŞ-a köçəndən sonra dövlətin sosial və tibbi sığorta proqramlarından, pulsuz yemək kartından, dövlətin mənzil dəstəyindən və sair istifadə etməyə hazırlaşan şəxslərdən gedir.

Qaydalara görə, əgər hökumət hesab etsə ki, hansısa şəxs ABŞ-a bu proqramlara qoşulmaq üçün gəlir, ona imtina verilə bilər. Çünki bu insanlar dövlət üçün əlavə yük olub onun hesabına yaşayacaqlar.

Qeyd edək ki, hər il ABŞ-da qreen cand almaq üçün 544 min nəfər müraciət edir. Yeni qaydalar isə bunlardan 380 mininə aid olacaq.

 

OXŞAR XƏBƏRLƏR