Seyyah.az "Fins.az"a istinadən, müasir dövrün ən məşhur ictimai paylaşma fotobloku “Instagram”ın fotoliderlərini təqdim edir. “Səyahət istəyinizi artıracaq Instagram hesabları” adı ilə yerləşdirilmiş araşdırma materialında dünyanın fərqli nöqtələrindən paylaşdıqları fotoşəkillərə minlərlə bəyənmə alan istifadəçilər sıralanıb.
1) Gary Arndt – “everythingeverywhere” adlı istifadəçi 2007-ci ildən bəri səyahət edir, 7 qitə üzrə 100-dən çox ölkəni gəzib.
2) Liz Carlson – “youngadventuress” adlı istifadəçi özünü Yeni Zelandiyadakı Amerikalı kimi təqdim edir, təbiət fotoşəkilləri ilə diqqət çəkən bir hesaba sahibdir.
3) Kristen Alana – “kristenalana” adlı istifadəçinin fotoşəkilləri tez-tez “Huffington Post” və “Harpers Bazaar” kimi jurnallarda çıxır.
4) Matt Gee – “mattbg” adlı istifadəçi daha çox ABŞ-ın ekzotik yerlərindən şəkillər paylaşır.
5) Zach Glassman – “zachspassport” adlı istifadəçi eyni zamanda məşhur səyahət bloqqerlərinin internetdəki toplaşma sahəsiolan “Passion Passport” adlı saytın qurucusudur.
6) Oliver Vegas – ovunno” adlı istifadəçi İspaniyanın Barselona şəhərinin sakinidir, özünü dünyanın fərqli yerlərini ziyarət edən səyahət düşgünü kimi təqdim edir.
7) Cole Rise – “colerise” adlı istifadəçi özünün pilot və fotoqraf kimi təqdim edir
8) Chris Burkard – “chrisburkard” adlı istifadəçi “Burkard”, “Yellowstone” parklarında çəkdiyi fotoşəkillərlər adını əfsanələr sırasına yazdırıb.
9) Sam Horine - “samhorine” adlı istifadəçi ABŞ-ın Nyu-York şəhərinin sakini olsa da, Cənubi Afrikaya qədər dünyanı gəzib.
10) Murad Osman – Rusiyada yaşayan həmyerlimiz "Instagram"dakı “muradosmann” hesabında sevgilisi ilə gəzdiyi ölkələrdən fotoşəkillər paylaşaraq əfsanəyə çevrilib.
11) Dave və Deb – “theplanetd” adlı istifadəçidir.
12) Paulo del Valle - “paulodelvalle” adlı istifadəçidir. Dubaydan mənzərələr paylaşır.
13) Jewels Zee – “jewelszee” adlı istifadəçidir, Avstraliyadan fotolar paylaşır.
14) Alexandra Baackes – “alexinwanderland” adlı istifadəçi tətildə çəkdirdiyi fotoşəkilləri paylaşır, onun Yunanıstan təəssüratları daha çox bəyənilir.
15) Jordan Herschel – “jordanherschel” adlı istifadəçi arxa fonda işıqlar olan fotoşəkilləri ilə məşhurdur.
16) Christoffer Collin – “wisslaren” adlı istifadəçi İsveçli olsa da, Çiliyə qədər gəzib.