Çinin daha bir şəhərindən Bakıya - UÇUŞLAR DAYANDIRILDI

Çinin daha bir şəhərindən Bakıya - UÇUŞLAR DAYANDIRILDI
Xəbərlər 29 Yanvar 2020 13:38 1012
Çinin daha bir şəhərindən Bakıya - UÇUŞLAR DAYANDIRILDI

"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

Seyyah.az xəbər verir ki, bu barədə APA-ya şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub: "Quançjou-Bakı aviareysi cari ilin aprel ayının 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

OXŞAR XƏBƏRLƏR