Qərb bölgəsinin ən böyük əyləncə mərkəzi açılır - GƏNCƏDƏ

Gəncədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan park-kompleksdə bir neçə gündən sonra daha bir yeniliyə imza atılacaq.
Xəbərlər 12 May 2015 00:00 3918
Qərb bölgəsinin ən böyük əyləncə mərkəzi açılır - GƏNCƏDƏ

Qərb regionunda açıq havada inşa edilən ən böyük əyləncə kompleksi istifadəyə veriləcək. Seyyah.az-ın KəpəzTV-yə istinadən məlumatına görə, ilin bütün fəsillərində istirahət edərək əylənməyin mümkün olacağı mərkəz balacalar kimi böyüklər üçün də nəzərdə tutulub.  

“GəncLand” istirahət və əyləncə mərkəzi 10 ha ərazidə salınıb. Burada 20 ədəd müxtəlif atraksion quraşdırılıb. Regionda ilk dəfə olaraq hündürlüyü 50 metr olan dairəvi karusel, eləcə də Amerikan atraksion da Gəncədə əylənmək istəyənlər və adrenalin həvəskarlarının istifadəsinə veriləcək. “GəncLand”də həmçinin uşaqların marağına səbəb olacaq 60 ədəd heyvanat aləminə aid fiqurlar, 15 maşını olan  avtodrom, oyun meydançası və qurğuları, nağıl personajlarından ibarət şəhərcik də inşa edilib. 2 il ərzində Heydər Əliyev park-kompleksində yaradılan bu imkanlardan elə uşaqlarını əyləndirməyə gətirən valideynlər də yararlana biləcək.

Sevinc Hüseynova- istirahət mərkəzinin baş meneceri: “Parkın tikintisinə başlayanda məqsədimiz o olub ki, maddi durumundan və yaşından asılı olmayaraq hər bir insanı bura dəvət edə bilək. Həmçinin yaşıllıqla zəngin bir ərazidə tək gözəllikdən faydalanmaqdan ötrü bura üz tutsunlar. Hər yaş təbəqisinə uyğun atraksionlar gətirilib. Həm ailəvi, həm uşaq, həm də gənclərin sevimlisi olan ekstremal atraksionlar”.

Əyləncə məkanında 10 at olmaqla bir ippodrom, 50 metr uzunu olan 2 futbol, meydançası da var. İstirahət və əyləncə mərkəzi may ayının 15-də istifadəyə veriləcək.

“GəncLand” istirahət və əyləncə mərkəzi uşaqlar üçün amfiteatrda inşa olunub. Amfiteatr 10 nəfərlikdi. Parkın açılışından sonra həftənin müxtəlif günlərində burada uşaqlar üçün tamaşalar da nümayiş olunacaq.

OXŞAR XƏBƏRLƏR