2020-ci il üçün lüks səyahət trendləri açıqlanıb

2020-ci il üçün lüks səyahət trendləri açıqlanıb
Xəbərlər 31 Yanvar 2020 14:02 580
2020-ci il üçün lüks səyahət trendləri açıqlanıb

“Small Luxury Hotels of the World” şirkəti 2020-ci il üçün “Luxury Travel Trends” adlı hesabatını yayımlayıb.

Seyyah.az xəbər verir ki, hesabat altı punkt üzrə hazırlanıb. Belə ki, hesabatda memarlıq, ətraf aləmi qoruma prinsipləri, plastik tullantıların az olduğu, ekoloji təmiz yeməklər təqdim edən otellərə xüsusi üstünlük verilib. Habelə otelin isinmə və yemək hazırlanmasında karbon istiliyindən (kömürdən) istifadə olunmaması da əsas punkt kimi götürülüb.

Sözügedən hesabatda Bakıdakı “Dinamo Hotel Baku” da yer alıb. Bu məkan dünya turizminin yeni istiqaməti kimi göstərilən Azərbaycanın ən yaxşı butik oteli olaraq siyahıya salınıb. Göstərilib ki, özündə Avropa və Asiyanın möcüzələrini ehtiva edən Azərbaycan turistlər üçün yenilikləri kəşf etmə ölkəsidir.

Mənbə: Azertac

OXŞAR XƏBƏRLƏR