Nelson Mandelanın evini icarəyə götürmək istəyirsiz? - SUTKALIQ 5,8 - 7,1 MİN DOLLARA

Cənubi Afrika Respublikasının keçmiş - 8-ci Prezidenti Nelson Mandelanın şəhər kənarındakı evini icarəyə götürmək mümkün olacaq.
Xəbərlər 13 May 2015 00:00 745
Nelson Mandelanın evini icarəyə götürmək istəyirsiz? - SUTKALIQ 5,8 - 7,1 MİN DOLLARA

Seyyah.az-ın "Trend"ə istinadən məlumatına görə, villa turistlərə mövsümdən asılı olaraq, sutkalıq 5,8 - 7,1 min dollar dəyərində icarəyə veriləcək. Bu qiymətə həm də Afrikanın flora və faunasını görməyə imkan verən turlar, personal xidmətlər daxildir.

İkimərtəbəli bina 2001-ci ildə tikilib. Bu binada prezidentlə yanaşı, onun ailəsi, eləcə də Bill Klinton, Opra Uinfri kimi məşhur qonaqlar dincəliblər.

2013-cü ilin sonunda Nelsonun ölümündən sonra villa tam bağlanıb və orada heç kim yaşamayıb. 2015-ci ilin 27 aprelində - Cənubi Afrika Respublikasının Müstəqillik günündə isə bina təminatlı səyahətçilərin istifadəçisi üçün əlçatan olmaqla, yeni görünüşdə açılıb.

OXŞAR XƏBƏRLƏR