Ən təhlükəli hava limanları - FOTOLAR

Xəbərlər 13 May 2015 00:00 2604
Ən təhlükəli hava limanları - FOTOLAR

Seyyah.az Fins.az-a istinadən dünyanın ən təhlükəli hava limanlarının siyahısını təqdim edir:

1) Juancho E. Yrausquin hava limanı - Saba adasında yerləşir, eniş zolağının bir ucu uçurumdur.

 

2) Qamdo Bamda hava limanı – Tibetdə, dəniz səviyyəsindən təxminən 4500 metr yüksəklikdə yerləşir. Təyyarənin havaya qalxması yüksək hündürlükdə daha çətin olduğu üçün təxminən 5 kmlik uçuş zolağı var.

 

3) Ice Runway hava limanı – Antartikadakı 3 eniş zolağından biridir, qitədə araşdırma aparan alimlər üçün xidmət göstərir. Böyük yük təyyarələrinin asanlıqla enə bilməsi üçün daha da uzadılan eniş zolağının örtüyü tamamilə buzdan ibarətdir. Burada təyyarələr üçün ən böyük təhlükə buzun üzərində əmələ gələn çuxur və çatlar sayılır.

 

4) Cəbəllüttariq hava limanı– adı çəkilən boğaza yaxın yerləşir. Hava limanının uçuş zolağı birbaşa olaraq şəhərin mərkəzi küçəsi ilə kəsişir. Buna görə də təyyarə hər dəfə uçuş və ya eniş edəndə yollar bağlanır.

 

5) Madeyra hava limanı– Portuqaliyadadıər, olduqca fantastik yerdir. Hava limanının eniş zolağının ensiz olması 1977-ci ildə burada qəzanın baş verməsinə səbəb olub. Ondan sonra zolaq bir qədər genişləndirilsə də, hələ təpələrin arasından bura eniş etmək olduqca təhlükəlidir.

 

6) Şahzadə Julian hava limanı – dənizə və çimərliyə qonşu ərazini əhatə edir.

 

7) Kurşevel hava limanı – Fransada yerləşir. Alp daglarının kəskin enişi və 542 metrlik zolağı ilə bu hava limanı digərlərindən seçilir. 

 

8) Paro hava limanı– Butanda yerləşir. Sıx dağlara görə bu hava limanına eniş etmək o qədər çətindir ki, dünya üzrə sadəcə 8 pilot bunu bacarır və onlara enmək icazəsi verilib.

 

9) Svalbard Airport - Longyear – Norveçdə yerləşir, səthi tamamilə suni qar və buzdan ibarətdir. Buz əriməsin deyə zolaqların özəl soyutma sistemləri var.

 

10) Tonkontin hava limanı – Hondurasda yerləşur, dəniz səviyyəsindən bir neçə yüz metr yüksəklikdədir və eniş xətti çox qısadır. Uzunluğu isə cəmi 1800 metrdir. Bundan əlavə eniş zolağı ziqzaqı xatırladır. Pilotların sözlərinə görə, əgər GPS naviqator kəşf olunmasaydı həmin hava limanında böyük ehtimalla hər gün ən azı bir qəza baş verərdi. Çünki zolağa enən kimi, 5 dərəcəlik döngə ilə rastlaşırsan. Bu döngəni isə böyük sürətdə kəçmək heç asan deyil.

OXŞAR XƏBƏRLƏR